”Bayrağımız və Ana qanunumuz” mövzusunda tarix dərsi keçirilmişdir.
06 noyabr 2019 | 16:00
06 noyabr 2019-cu il tarixdə şəhər 14 nömrəli tam orta məktəbdə şəhər Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı əsasında 9 noyabr Dövlət Bayrağı Günü və 12 noyabr Konstitusiya Günü münasibəti ilə ”Bayrağımız və Ana qanunumuz” mövzusunda tarix dərsi keçirilmişdir.
Dərsdə respublikamızın rəmzi olan bayraq və onun rəngləri, üstündəki ay və səkkizgüşəli ulduzun mənası, eyni zamanda 12 noyabr-Konstitusiya gününün tarixi, mahiyyəti, əsas qanunun müddəaları, vətəndaşlara verdiyi hüquq və azadlıqlar barədə haqda şagirdlərə ətraflı məlumatlar vermişdir.