Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalovun geniş tərkibli şura iclası keçirildi.
03 aprel 2014 | 15:00
02.04.2014-cü il tarixdə saat 16.00-da İcra Hakimiyyətinin akt zalında Şəhərin təhsil və səhiyyə müəssisələrində ideoloji işin və əyani təbliğatın gücləndirilməsi barədə və 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək şəhər ərazisində əhalinin sağlamlaşdıcı tibbi müayinələrdən keçirilməsi ilə bağlı Şirvan şəhər İcra Hakimiyyəti Başçısının geniş tərkibli şura iclası keçirildi. Şura iclasında Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, hüquq mühafizə orqanları rəhbərləri, şura üzvləri və digər təşkilat rəhbərləri iştirak etdilər.