Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən “Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda seminar-müşavirə keçirilmişdir.

15 noyabr 2019 | 16:00

15 noyabr 2019-cu il tarixində Şirvan Mədəniyyət Mərkəzində Mərkəzi Seçki Komissiyası tərəfindən 27 dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə “Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda seminar-müşavirə keçirilmişdir. Müşavirədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova, Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Müşviq Həsənov məruzə ilə çıxış etmişdirlər.
     Seminar-müşavirədə “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, "Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi”, "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat”  və digər aktual məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.

Keçidlər