Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların səyyari qəbulu keçirilmişdir.

18 noyabr 2019 | 16:00

15 noyabr 2019-cu il tarixində şəhər 16 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların səyyari qəbulu keçirilmişdir. Qəbulda Şirvan şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki  Hikmət Quliyev, şəhərin idarə, müsəssisə və təşkilat rəhbərləri iştirak etmişdirlər.
      Qəbul zamanı  vətəndaşlar tərəfindən 17 məsələ qaldırılmışdır. Qəbula gələn vətəndaşların müraciətləri tək-tək dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun formada aradan qaldırılması  üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər