Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Malik Sadiq oğlu Tağıyevin və Oleq Nikolayeviç Mamontovun anım günləri qeyd edilmişdir

18 noyabr 2019 | 16:00

Şirvan şəhər Qarabağ Müharibəsi əlilləri, Veteranları və şəhid ailələri İctimai Birliyi Şirvan şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin şəhər şöbəsinin əməkdaşları ilə birlikdə şəhid Malik Sadiq oğlu Tağıyevin və Oleq Nikolayeviç Mamontovun anım günləri ilə bağlı hər iki şəhidin ailəsini ziyarət etmiş, onların ailə-məişət qayğıları ilə maraqlanmışlar.
Görüşdə şəhidlərin əziz xatirəsi yad edilmiş, barələrində xoş təsüratlar qeyd edilmişdir. Şəhid ailələri son illər ərzində onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.
Görüşdə iştirak edənlər hər iki şəhidin Şəhidlər Xiyabanında yerləşən məzarlarını ziyarət edərək ruhlarına dualar etmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər