Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə səs verəcək gənclərlə görüş keçirildi.

20 noyabr 2019 | 16:00

20 noyabr 2019-cu il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində və Hacıqəhrəmanlı qəsəbəsində şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsasında Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə “Sənin səsin sənin gələcəyindir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə 46 saylı Şirvan Dairə Seçki Komissiyasının, Ağsaqqallar Şurasının şəhər şöbəsinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhərin ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər, eyni zamanda şəhərin tanınmış idmançıları iştirak etmişdir.
  Tədbirin keçirilməsində məqsəd gənclər arasında seçki prosesini və seçkilərdə iştirakı, eləcə də gənc seçicilər arasında fəallığı təmin etməkdir. Keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək gənclərin yüksək məsuliyyət və fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulanmış və gəncləri maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər