Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Peşə Liseyində ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi.

21 noyabr 2019 | 16:00

21 noyabr 2019-cu il tarixində şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsasında Şirvan Peşə Liseyində, Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə “Sənin səsin sənin gələcəyindir” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Tədbirdə şəhərin ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər və tələbələr iştirak etmişdir.
       Tədbirin keçirilməsində məqsəd gənclər arasında seçki prosesini və seçkilərdə iştirakı, eləcə də gənc seçicilər arasında fəallığı təmin etməkdir. Keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək gənclərin yüksək məsuliyyət və fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulanmış və gəncləri maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər