Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibəti ilə şəhər tədbiri keçirildi.

21 noyabr 2019 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü Şirvan şəhərində də silsilə tədbirlərlə qeyd edildi. Şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri və YAP şəhər təşkilatının fəalları öncə şəhərin mərkəzi meydanında yerləşən Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, Ümummilli lider Heydər Əliyevin Abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
     Sonra şəhərin Tofiq İsmayılov küçəsində yerləşən 3, 5, 9, 19 saylı çoxmərtəbəli ictimai yaşayış binalarının əhatə etdiyi ərazidə yeni salınmış nümunəvi məhəllənin açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov öncə nümunəvi məhəllənin istifadəyə verilməsi münasibəti ilə sakinləri təbrik etdi və məhəllədə 1000 kv.metrə yaxın ərazinin tamet tavalarla üzləndiyini, 350 metr beton-səki daşlarının qoyulduğunu, 500 metr uzunluğunda monolit beton-səki daşlarının düzəldildiyini, sakinlərin istirahəti üçün 2 ədəd günlük quraşdırıldığını, uşaqlar üçün 2 ədəd yelləncik, 2 ədəd balansir yelləncik və 2 ədəd sürüşkənlərin inşa edildiyini, 8 ədəd müasir oturacaqların qoyulduğunu, əraziyə asvalt örtüyün vurularaq  yeni yaşıllıq zolaqlarının salındığını qeyd etdi. Məhəllənin salınmasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi. Sakinlərə nümunəvi məhəllədə uşaqlar üçün inşa edilən əyləncə qurğularını, gənclər və yaşlı sakinlər üçün yaradılan istirahət guşələrini  qoruyub saxlamağı tövsiyə etdi. Şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə göstərdiyi daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını ifadə etdi..
       Açılış mərasimində çıxış edən sakinlər onlara yaradılan şəraitə və göstərilən qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şirvanlılar adından dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
     Tədbir iştirakçıları sonra Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbirinə qatıldılar. Tədbirdə şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov, YAP şəhər təşkilatının sədrinin müavini Paşa Nəbiyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Qarasu Əməliyyat Şirkətinin Texniki Təhlükəsizlik və Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi Rahim Ələkbərov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, YAP-ın yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin partiyamızın və müstəqil Azərbaycan dövlətinin inkişafına  yönəlik şərəfli fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası sədrinin müavini Mehriban xanım Əliyevanın xalqımızın sosial-rifah halının yaxşılaşmasına, milli maraqlarının qorunmasına, insanların konstitusional hüquq və azadlıqlarının təmin edilməsinə, müstəqil dövlətimizin hər tərəfli inkişafına və təhlükəsizliyinə xidmət edən fəaliyyətlərinin mühüm məqamlarından danışdılar.

Keçidlər