Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən Hacıqəhrəmanlı qəsəbəsində vətəndaşların səyyari qəbulu keçirildi.

22 noyabr 2019 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şura üzvlərinin, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 nömrəli tam orta məktəbdə səyyari qəbul keçirdi.
   Qəbulda həmin qəsəbədə yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məktəbdə işləyən müəllim və texniki işçilər, nüfuzlu ağsaqqallar, ziyalılar, gənclər, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları, evdar qadınlar da daxil olmaqla, ümumilikdə 200 nəfərdən çox vətəndaş iştirak etdi.
   Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə, qəbulda iştirak edən qəsəbə sakinlərini salamladı. Onlara ən xoş arzularını bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hər bir Azərbaycan vətəndaşına, insanlara göstərdikləri hərtərəfli diqqət və qayğıdan danışdı. Bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, sosial layihələr, verilən fərman və sərəncamlar, onların əhatə dairəsi barədə faktlar əsasında ətraflı çıxış etdi. Şirvanlıların dövlətə, dövlətçiliyə həmişə sadiq olduqlarını, prezident seçkilərində fəal iştirak edib düzgün seçim etdiklərinə və cənab İlham Əliyevə səs verdiklərinə görə öz təşəkkürünü bildirdi. 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində də fəal iştirak etmələrini tövsiyyə etdi.
   Qəbulda qəsəbə sakinləri önları narahat edən məsələlərlə bağlı, xüsusən işlə təminat, içməli su xəttinin çəkilməsi, yaşayış sahəsi ilə təminat, abadlıq-quruculuq işləri, qəsəbədə uşaq bağçasının tikilməsi, iş yerlərinin yaradılması, ünvanlı dövlət sosial yardımı, pensiya təminatı, özünüməşğulluqla bağlı məsələlər, qəyyumluq və digər sosial problemlərlə bağlı müraciətlər etmişlər.
  Qəbula gələn vətəndaşların müraciətləri şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada dinlənilmiş, həlli vacib olan problemlərin dərhal, digələrinin isə araşdırılaraq mövcud qanunvericiliyə uyğun həll edilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə zəruri tapşırıqlar verilmişdir.

Keçidlər