Şriftin ölçüsü :

Saytın rəngi :

26 noyabr 2019-cu il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların açıq qəbulu keçirilmişdir.

27 noyabr 2019 | 16:00

26 noyabr 2019-cu il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin böyük akt zalında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların açıq qəbulu keçirilmişdir.
   Qəbulda şəhər İcra Hakimiyyətinin rəhbər və məsul işçiləri, aidiyyəti idarə, müsəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
      Qəbul zamanı 180 nəfər şəhər sakini onları narahat edən məsələlərlə bağlı, xüsusən işlə, yataqxanada yaşayış sahəsi ilə təminat, abadlıq, quruculuq və küçələrin abadlaşdırılması, içməli su xəttinin çəkilməsi, çoxmənzilli yaşayış binalarının zirzəmilərinin çirkab sulardan təmizlənməsi və kanalizasiya sistemində mövcud problemlər, tibbi müayinə və müalicə ilə bağlı köməklik göstərilməsi, tədris məsələləri, körpələr evi-uşaq bağçalarına uşaqların qəbulu,  ünvanlı dövlət sosial yardımının təyin edilməsi, əlillik dərəcəsinin dəyişdirilməsi, maddi yardım, torpaq və digər mülki mübahisələr, əmək mübahisələri, özünəməşğulluqla bağlı məsələlər, qəyyumluq məsələləri, Kür çayının daşması ilə əlaqədar fərdi evlərə dəymiş ziyanın aradan qaldırılması, yaşayış evinin təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər etmişlər. Qəbula gələn vətəndaşların müraciətləri şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada dinlənilmiş, həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq mövcud qanunvericiliyə uyğun həll edilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə zəruri tapşırıqlar verilmişdir.
    Qəbulda onlara göstərilən diqqət və qayğıya görə şəhər sakinləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq və təşəkkür edilmişdir.

 

 

Keçidlər