Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə səs verəcək gənclərlə görüş keçirildi.

30 noyabr 2019 | 16:00

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsasında 23 dekabrda ölkəmizdə keçiriləcək Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə “Sənin səsin sənin gələcəyindir” mövzusunda maarifləndirici görüş keçirilmişdir.
    Tədbirdə çıxış edən Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev bildirdi ki, tədbirin keçirilməsində məqsəd gənclərin ictimai həyatda rolunun artırılması və ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsidir. Görüşdə eyni zamanda 23 dekabrda keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək gənclərin yüksək məsuliyyət və fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulanmış və gəncləri maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər