Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Könüllülər Həftəsi” layihəsi çərçivəsində tədbir keçirildi.

03 dekabr 2019 | 16:00

03 dekabr 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzi tərəfindən 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elan olunmuş “Azərbaycan Könüllülər Həftəsi” layihəsi çərçivəsində “Könüllülük fəaliyyətinin inkişaf etdirilməsi, ictimai nəzarətin həyata keçirilməsində könüllülərin rolu mövzusunda hüquqi maarifləndirmə” adlı tədbir keçirilmişdir.
     Mərkəzin direktoru Aynur Fərzəliyeva tərəfindən məlumat verildi ki, 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibəti ilə 2019-cu ilin 1-9 dekabr tarixlərində "Azərbaycan Könüllülük Həftəsi" keçirililir. Tədbirdə qeyd olunmuşdur ki, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi bilikləri artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək baxımından könüllülük fəaliyyətinin əhəmiyyəti böyükdür.
     Çıxış edənlər qeyd etdilər ki, keçiriləcək tədbirlər dövlət orqanları tərəfindən könüllülük fəaliyyətinin daha geniş təşviq olunmasına töhfə verəcək, gənclərdə bu fəaliyyətə maraq yaradacaqdır.

Keçidlər