Şriftin ölçüsü :

Saytın rəngi :

"İstedad əngəl tanımır" adlı rəsm sərgisi keçirildi.

04 dekabr 2019 | 16:00

  03 dekabr 2019-cu il tarixdə Şirvan Dövlət Rəsm Qalereyasında "Beynəlxalq əlillər günü" münasibətilə sağlamlıq imkanları məhdud yeniyetmə rəssam Ellada Əhmədovanın əsərlərindən ibarət "İstedad əngəl tanımır" adlı rəsm sərgi keçirilmişdir. Qalereyanın sərgi salonunda baş tutan sərgidə müəllifin 25-dən artıq rəsm əsəri yer almışdır. Sərgidə şəhərin ümumi təhsil məktəblərinin şagirdləri və müəllimlər, həmçinin şəhərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin  əməkdaşları iştirak etmişlər. Rəssamın əsərlərinin əlvan rəng çalarları, qeyri-adı obrazlar aləmi, düzgün kompozisiya seçimi sərgidə iştirak edənlərin marağına səbəb olmuşdur.


       

Keçidlər