Şirvan Peşə Liseyində ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi.
04 dekabr 2019 | 16:00
04 dekabr 2019-cu il tarixində şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsasında Şirvan Peşə Liseyində, Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə “Sənin səsin sənin gələcəyindir” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Tədbirdə şəhər Ağsaqqallar Şurasının nümayəndələri, tanınmış idmançılar və şəhərin ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər iştirak etmişdir. Çıxış edənlər gənclərə seçki prosesi barədə ətraflı məlumat vermiş, 23 dekabrda keçiriləcək Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin yüksək məsuliyyət və fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulamış və gəncləri maraqlandıran suallara cavab verilmişlər.