Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Könüllülər Həftəsi” layihəsi çərçivəsində “Yaşıl şəhər” adlı tədbir keçirildi.

04 dekabr 2019 | 16:00

 04 dekabr 2019-cu il tarixdə Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elan olunmuş “Azərbaycan Könüllülər Həftəsi” layihəsi çərçivəsində “Yaşıl şəhər” adlı tədbir keçirilmişdir.
     Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova çıxışında qeyd etdi ki, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən könüllülük fəaliyyəti ilə bağlı tədbirlər mütəmadi olaraq həyata keçirilir. Ölkəmizdə könüllü fəaliyyətinin daha geniş təşviq olunması məqsədilə Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2019-cu il 1-9 dekabr tarixlərində "Azərbaycan Könüllülük Həftəsi" keçirilməkdədir.
     Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nazim Hüseynov qeyd etdi ki, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi bilikləri artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək baxımından könüllülük fəaliyyətinin əhəmiyyəti olduqca böyükdür. İnanırıq ki, keçiriləcək silsilə tədbirlər dövlət orqanları tərəfindən könüllülük fəaliyyətinin daha geniş təşviq olunmasına töhfə verəcək, gənclərdə bu fəaliyyətə maraq yaradacaqdır.

Keçidlər