“Dünya şöhrətli lider” mövzusunda mühazirə keçirildi.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində, Tarix-diyarşünasılıq muzeyi tərəfindən “Dünya şöhrətli lider” mövzusunda mühazirə keçirmişdir. Məruzə ilə çıxış edənlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat vermişlər. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm, təhsil və mədəniyyət sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanmış, dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daimi yaşayacağı, Ulu Öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və Ümummilli Liderin siyasi kursunun cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilmişdir.