Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Seçki Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə regional seminar-müşavirə keçirildi.

06 dekabr 2019 | 16:00

06 dekabr 2019-cu il tarixdə, Şirvan şəhər Polis Şöbəsinin iclas zalında, Mərkəzi Seçki Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə növbəti regional seminar-müşavirə keçirilmişdir.
   Müşavirədə MSK-nın üzvü Tofiq Həsənov, MSK-nın Hüquq şöbəsinin böyük məsləhətçisi Cavid Zeynalov, 27 seçki dairəsindən dairə seçki komissiyalarının sədrləri və həmin dairiələrin təmsil olunduğu şəhər və rayon polis şöbələrinin ictimai təhlükəsizlik bölmələrinin əməkdaşları iştirak etmişdir.
   Müşavirədə çıxış edən Şirvan şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev qeyd etdi ki, ölkəmiz müstəqilliyini yenidən əldə etdikdən və demokratik inkişaf yolu seçdikdən sonra beynəlxalq hüququn norma və prinsipləri əsas götürülərək bütün bölgələrdə yerli özünüidarəetmə orqanlarının–bələdiyyələrin yaradılması məqsədi ilə lazımi imkanlardan istifadə edilmişdir. Bugün ölkəmizdə yerli özünüidarəetmə orqanları inkişaf etmiş vətəndaş cəmiyyətinin mühüm atributudur. Azad və ədalətli seçkilərin keçirilməsi həmişə dövlət rəhbərliyinin prinsipial mövqeyi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim bu məsələni diqqət mərkəzində saxlayır.
   Daha sonra müşavirədə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövrü, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də digər rol və vəzifələri barədə ətraflı məlumatlar verilmişdir.

Keçidlər