Şriftin ölçüsü :

Saytın rəngi :

06.12.2019-cu il tarixdə, Şirvan şəhərində ağacəkmə aksiyası keçirildi.

06 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi barədə Sərəncamlarına uyğun olaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Şirvan şəhər ictimaiyyəti də qoşulmuşdur.
   06.12.2019-cu il tarixdə, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhərin idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının üzvü olan fəal gənclərin, səhiyyə və təhsil ocaqlarının, şəhərin Mənzil Təsərrüfatı İdarəsi və Kommunal Kombinatı müəssisəsinin əməkdaşlarının və media nümayəndələrinin iştirakı ilə şəhərin Heydər Əliyev prospektində yolun sol və sağ hissələrində, həmçinin Şəhidlər Xiyabanının ətrafında növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilmişdir. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi münasibəti ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan Şirvanlıları təbrik edərək onlara uğurlar arzu etdi.
   Ağacəkmə aksiyası zamanı 3000-dən artıq həmişəyaşıl şam və küknar ağac tingləri əkilmiş, suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının qorunması, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eyni zamanda şəhər əhalisi arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi baxımından böyük əhəmiyyəti olan aksiyada Şirvanlılar böyük ruh yüksəkliyi ilə iştirak etmişdirlər.
   Tədbirdə iştirak edən Şirvanlılar bu gözəl təşəbbüsü irəli sürdüyünə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Keçidlər