Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov İcra Hakimiyyətinə müraciət etmiş şəhər sakinləri ilə yaşadıqları ünvanlarda görüşdü.

06 dekabr 2019 | 16:00

04-05 dekabr 2019-cu il tarixlərində, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, 02.12.2019-cu il tarxində şəhər İcra Hakimiyyətində keçirilən vətəndaşların açıq qəbulu zamanı şəhərin Xanlar və İ.Qayıbov küçələrindən fərdi şəkildə müraciət etmiş şəhər sakinlərinin yaşadığı ünvanlarda olmuş, həmin sakinlərin şikayətlərini bir daha yerində dinləmişdir. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, bu cür görüşlər ölkə rəhbəri, cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir və əsas məqsəd sakinləri dinləmək, onları narahat edən məsələləri araşdırmaq və həll etməkdir.
   Görüşdə sakinləri narahat edən məsələlərin müsbət həlli istiqamətində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə zəruri tapşırıqlar verilmişdir.

Keçidlər