Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov Şirvan Gənclər Evi ilə tanış olmuşdur.

06 dekabr 2019 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov 06 dekabr 2019-cu il tarixdə Gənclər Evinə  gələrək Şirvan şəhər Gənclər və İdman idarəsinin, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin kollektivi ilə  görüşüb, onların fəaliyyəti ilə, gənclərlə işin təşkili istiqamətində görülmüş işlərlə və yaradılmış şəraitlə yaxından tanış oldu. İcra Hakimiyyətinin Başçısına “Şirvan   Gənclər Evi” Sosial Xidmət Müəssisəsində fəaliyyət göstərən dərnəklər, klublar, xidmətlər  barədə ətraflı məlumat verilmişdir. Icra Hakimiyyətinin Başçısı İlqar Abbasov Gənclər Evinin könüllüləri ilə görüşüb onların fəaliyyəti ilə yaxından maraqlanmış, gənclərin  könüllü  işlərə, tədbirlərə cəlb olunması, könüllülər sıralarına daha  çox  gənclərin qoşulması və fəaliyyətlərinin stimullaşdırılması ilə bağlı fikirlərini  bölüşmüş və gənclərin təkliflərini dinləmişdir.
     Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov Gənclər Evlərinin fəaliyyəti ilə bağlı  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin irad, tapşırıq və tövsiyyələrini bir daha vurğulayaraq gənclərlə işin günün tələbləri səviyyəsində qurulması, onların asudə  vaxtlarının səmərəli təşkili, intellekti yüksək, savadlı,  istedadlı  və yaradıcı gənclərin üzə çıxarılması, onların   Gənclər Evinə cəlb olunması istiqamətində keçirilən tədbirlərin sayının və keyfiyyətinin artırılması barədə tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər