Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların səyyari qəbulu keçirilmişdir.
06 dekabr 2019-cu il tarixində şəhər 9 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyari qəbulu keçirilmişdir. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul-görüşdə sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
Qəbul zamanı 55 nəfər şəhər sakini onları narahat edən müxtəlif məsələlərə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, müarciətlərə aydınlıq gətirilmiş, həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun formada aradan qaldırılması üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.