Şriftin ölçüsü :

Saytın rəngi :

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tarix dərsi keçirildi.

09 dekabr 2019 | 16:00

09  dekabr 2019-cu il  tarixdə, şəhər 10  nömrəli   tam   orta  məktəbdə, Şirvan  şəhər  Tarix-diyarşünaslıq  muzeyi  tərəfindən Ümummilli  lider  Heydər  Əliyevin  anım  günü ilə   əlaqədar “Mən  fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda  tarix dərsi keçirilmişdir.
      Dərsdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilmişdir. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm, təhsil və mədəniyyət sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanmış, dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daimi yaşayacağı, Ulu Öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və Ümummilli Liderin siyasi kursunun cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilmişdir.
     Dərsin  sonunda  şagirdlərə Ümummilli  lider Heydər   Əliyevə  həsr  edilmiş  filmi  nümayiş olunmuşdur.

Keçidlər