Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş anım tədbiri keçirildi.

09 dekabr 2019 | 16:00

Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının inzibati binasında, Şirvan şəhər Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı əsasında, şəhər gənclərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.
       Şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, YAP-ın yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin partiyamızın və müstəqil Azərbaycan dövlətinin inkişafına  yönəlik şərəfli fəaliyyətindən danışaraq, müstəqilliyimizin bugünkü inkişafının əsaslarının yaradılmasına görə məhz Ümummilli Liderimiz Heydər Əliyevə borclu olduğumuzu qeyd etdi.
      Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı Gənclər Birliyinin sədri Namini Nəmidə öz çıxışında Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərinin mühüm məqamlarını xatırlanmış və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkür ifadə etmişdir.

Keçidlər