Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov tərəfindən Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşların qəbulu keçirildi.

11 dekabr 2019 | 16:00

11 dekabr 2019-cu il tarixdə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşların qəbulunu keçirmişdir.
     Şirvan Gənclər Evində keçirilən qəbulda, vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olmuşdur. Vətəndaşları fərdi qaydada dinləyən “Azərsu” ASC-nin sədri, müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar vermişdir.
     Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitə və göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər