Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə yaşadıqları ünvanlarda görüşdü.
10 dekabr 2019-cu il tarixində, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, şəhər Bələdiyyəsinin və kommunal xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə, əsasən Qarabağ müharibəsi əlillərinin yaşadığı 28 May 3, 7 və 8 saylı yaşayış binalarının qarşısında olmuş, həmin ərazidə yaşayan şəhər sakinləri ilə görüşərək onları narahat edən məsələləri yerində dinləmişdir.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, ərazilərdə təşkil olunan səyyar qəbullar və bu cür görüşlər ölkə rəhbəri, cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq həyata keçirilməkdədədir. Qarşıya qoyulan əsas məqsəd sakinləri narahat edən məsələləri yerində dinləmək, həmin nöqsan və çatışmazlıqları araşdırmaq və qısa zaman ərzində həll etməkdir.
İcra Hakimiyyətinin başçısı görüşdə qaldırılan məsələlərə münasibətini bildirərək sakinləri əmin etdi ki, şəhərin abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün lazımi imkanlardan istifadə ediləcəkdir. Sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sakinləri narahat edən məsələlərin qısa zaman ərzində həllini tapmasi üçün şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən aidiyyəti qurumların rəhbərlərinə zəruri tapşırıqlar verilmişdir.