“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi.
11 dekabr 2019-cu il tarixdə, 2 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda ədəbi- bədii kompozisiya keçirilmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru Əminə Əliyeva Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərinin mühüm məqamlarından danışdı. Bugünkü inkişafımıza, əldə olunan sabitliyə, əmin-amanlığa görə Ulu Öndərimiz Heydər Əliyevə və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkürünü ifadə etdi.
Tədbirdə məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.