Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin “Anım günü” münasibəti ilə Şirvan şəhərində tədbir keçirildi.

12 dekabr 2019 | 16:00

12 dekabr 2019-cu il tarixdə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Anım günü” ilə münasibəti ilə şirvanlıların, şəhərin mərkəzi meydanında ucalan Heydər Əliyevin əzəmətli abidəsinə və Heydər Əliyev Mərkəzinə kütləvi ümumxalq ziyarəti təşkil edildi.
     Öncə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, regional qurumların və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı ömür yolunu, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış oldular.
     Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ümumşəhər tədbiri Şirvan Gənclər Evində davam etdirildi. Konfrans dövlət himninin ifası ilə başladı. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransda Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış etdi. Natiq Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən danışdı.
     Tədbirdə çıxış edən YAP şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışdılar. Tədbirdə gənc könüllü Nahidə Məmmədova və məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeir və ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
  Sonra şəhid ailələrinin, Qarabağ müharibəsi və Çernobıl əlillərinin, dini-qurumların, ictimaiyyət nümayəndələrinin və ziyalıların da iştirak etdiyi ehsan süfrəsi açıldı. Ulu Öndər Heydər Əliyevin ruhuna Quran surəsi oxundu. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ruhuna dualar etdilər. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlıq etdilər.

Keçidlər