Dopinq vasitələrindən istifadə ilə mübarizəyə həsr olunmuş seminar keçirildi.
Azərbaycan Milli Antidopinq Agentliyi(AMADA) publik hüquqi şəxsin təşkilatçılığı əsasında Şirvan Gənclər Evinin iclas zalında, klub və idman məktəblərinin məşqçi müəllimlərinin və idmançıların iştirakı ilə idmanda dopinq vasitələrindən və üsullarından istifadə ilə mübarizəyə həsr olunmuş seminar keçirildi.
Seminarda, Azərbaycan Milli Antidopinq Agentliyinin təlimçisi Lalə Hacıyeva tərəfindən idman ictimaiyyəti arasında dopinqdən istifadənin qarşısının alınması istiqamətində maarifləndirici təlim keçilmişdir. Təlim zamanı məlumat verildi ki, AMADA ölkədə dopinqlə mübarizənin səmərəli şəkildə aparılması üçün müxtəlif qurumlarla əməkdaşlıq edir, antidopinq qaydalarının tanınması, idmançıların maarifləndirilməsi və dopinqlə birgə mübarizə məqsədi ilə maarifləndirii tədbirlər həyata keçirir.
Təlimdə bu maddələrin qanunsuz dövriyyəsinin və idmanda istifadəsinin qarşısının alınması sahəsində məlumat mübadiləsinin, birgə təlimlərin və digər tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.