Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşların qəbulu keçirildi.
20 dekabr 2019-cu il tarixdə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşların qəbulunu keçirmişdir.
Şirvan Gənclər Evində keçirilən qəbulda, vətəndaşların müraciətləri meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olmuşdur. Vətəndaşları fərdi qaydada dinləyən nazir Muxtar Babayev müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar vermişdir.
Sakinlər, bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitə, müraciətlərə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.