“Mən bir susmaz duyğuyam ki...” adlı ədəbi-bədii kompozisiya keçirildi.
20 dekabr 2019-cu il tarixdə, Şirvan Mədəniyyət Mərkəzinin təşkilatçılığı əsasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi münasibəti ilə “Mən bir susmaz duyğuyam ki...” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.
Şirvan Mədəniyyət Mərkəzinin direktoru Namini Nəmidə çıxış edərək bildirdi ki, 20-ci əsr Azərbaycan ədəbiyyatının nadir simalarından olan Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbiyyatımıza yenilik və müasirlik gətirmişdir. Direktor Cəfər Cabbarlının yaradıcılığının əsas mövzuları olan vətənpərvərlik, qəhrəmanlıq və əbədi sevginin bu gün də gənc nəslin formalaşmasında böyük rolunun olduğunu qeyd etdi.
Daha sonra məktəblilər tərəfindən nümayiş olunmuş Cəfər Cabbarlının ömür yolundan və yaradıcılığından bəhs edən ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
.