Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirildi.

20 dekabr 2019 | 16:00

 Şəhər 5 nömrəli ümumi orta məktəbdə, təsdiq olunmuş qrafikə uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
     Səyyar qəbul-görüşdə sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır.. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, keçirilən belə səyyar görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək, onlara həssaslıqla yanaşmaq və operativ şəkildə həllinə nail olmaqdır.
    Qəbul zamanı 52 nəfər şəhər sakini onları narahat edən müxtəlif məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, müarciətlərə aydınlıq gətirilmiş, həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun formada aradan qaldırılması  üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
    Səyyar qəbulda sakinlər onlara yaradılan şəraitə, göstərilən qayğıya və problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Keçidlər