20.12.2019-cu il tarixdə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə Şirvan şəhərində ağacəkmə aksiyası keçirildi.
20.12.2019-cu il tarixdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Şirvan şəhərində məcburi köçkünlər üçün yeni salınmış qəsəbəyə gedən yolun ətrafına ağacəkmə aksiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhərin idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının üzvü olan fəal gənclərin, səhiyyə və təhsil ocaqlarının, şəhərin Mənzil Təsərrüfatı İdarəsi və Kommunal Kombinatı müəssisəsinin əməkdaşlarının və media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası zamanı 3200-dən artıq həmişəyaşıl şam və küknar ağac tingləri əkilmiş, suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir.
Yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının qorunması, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eyni zamanda şəhər əhalisi arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi baxımından böyük əhəmiyyəti olan aksiyada Şirvanlılar böyük ruh yüksəkliyi ilə iştirak etmişdirlər.
Tədbirdə iştirak edən Şirvanlılar şəhər ərazisində ekoloji mühitin yaxşılaşdırılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirdilər.