Şirvan şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Üzgüçülük üzrə beynəlxalq turnir keçirildi.
08-13.05.2014-cü il tarixlərdə saat 10.00-dan başlayaraq Şirvan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycan, Rusiya, Özbəkistan, Gürcüstan və Türkiyə respublikalarının idmançılarının iştirakı ilə Üzgüçülük üzrə beynəlxalq turnirin açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Üzgüçülük Federasiyasının Prezidenti, millət vəkili Xanlar Fətiyev, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov, ictimai-siyasi qrumların rəhbərləri və 300 nəfərdən artıq ictimaiyyət nümayəndəsi iştirak etdi.