“Qadınlar arasında sahibkarlıq fəaliyyətinin təbliği” mövzusunda tədbir keçirilmişdir.
26.12.2019-cu il tarixdə, Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində, Avrasiya Əməkdaşlıq Fondu, BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qadınlar arasında sahibkarlıq fəaliyyətinin təbliği” mövzusunda tədbir keçirilmişdir.
Şirvan şəhər İcra Hakimiyyəti, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov öz çıxışında qeyd etdi ki, Azərbaycan dövlətininn prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir. Bu gün ölkəmizdə cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qadınlarin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğun təmin olunması üçün münbit şərait yaranmışdır.
Çıxış edənlər qeyd etdilər ki, hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verirlər. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlərin görülməsi bir QHT-nin də əsas istiqamətlərindən biridir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir.