Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” mövzusunda tədbir keçirilmişdir.

26 dekabr 2019 | 16:00

26 dekabr 2019-cu il tarixdə, Şirvan Gənclər Evində, Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsaında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə  “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev qeyd etdi ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Çıxış edənlər Azərbaycan dövlətinin qurucusu və banisi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqının gələcəyi üçün gördüyü işlərdən, Ulu Öndərin layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən söhbət açıblar.

Keçidlər