31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Vətənim Azərbaycan!” adlı bayram tədbiri keçirilmişdir.
25 dekabr 2019-cu il tarixdə, Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Vətənim Azərbaycan!” adlı bayram tədbiri keçirilmişdir.
Muzeyin baş elmi işçisi Ləman Mikayılova tədbiri giriş sözü ilə açaraq “Həmrəylik Günü”nün tarixi əhəmiyyətindən, xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən və bununla bağlı uğurlu dövlət siyasətindən danışıb.
Mövzu ilə bağlı muzeyin əməkdaşı Aytac Vəliyeva geniş çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bayram azərbaycanlıların müstəqilliyinin, dövlətçiliyinin, öz azadlığı uğrunda mübarizliyinin təsdiqinə xidmət etmişdir. Dünya azərbaycanlılarının bir vətəni-müstəqil Azərbaycan Respublikası var. Məhz Ulu Öndər Heydər Əliyevin vaxtından dünya azərbaycanlıların həmrəyliyi ilə əlaqədar qurultaylar keçirilir.
Daha sonra şəhər 9 və 10 nömrəli tam orta məktəblərin şagirdləri tərəfindən hazılanmış ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.