Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər ağsaqqalları ilə görüşdü.

26 dekabr 2019 | 16:00

26.12.2019-cu il tarixdə, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər ağsaqqalları ilə görüşdü.
    Şirvan şəhər İcra Hakimiyyətində keçirilən görüşdə elm, təhsil, idman, səhiyyə və digər sahələri təmsil edən 30-a yaxın ziyalı ağsaqqal iştirak etmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər ağsaqqallarını salamlamış və vaxt ayıraraq görüşdə iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirmişdir.
  İcra Hakimiyyətinin başçısı qeyd edib ki, son illər ərzində respublikamızda abadlıq-quruculuq və yenidənqurma işlərinin sürətlənməsi, əsaslı infrastruktur layihələrin həyata keçirilməsi Şirvan şəhərindən də yan keçməmişdir. Ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələri kimi Şirvan şəhəri də sürətli inkişaf yolu keçmiş və şəhərin siması  əvvəlki illərlə müqayisədə dəyişmişdir.
  İlqar Abbasov bildirib ki, sənaye şəhəri olan Şirvan, eyni zamanda ziyalılar şəhəridir. Ziyalılarla belə görüşlərin təşkil edilməsində əsas məqsəd, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqalların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təklifləri dinləməkdir.
   Görüşdə iştirak edən ziyalılar şəhərin  inkişafı naminə daima İcra Hakimiyyəti başçısının yanında olacaqlarını və əllərindən gələn köməkliyi əsirgəməyəcəklərini qeyd ediblər.  Görüşdə irəli sürülən təklif və qaldırılan məsələlərin müvafiq proqramlarda nəzərə alınacağı görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.

Keçidlər