Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə yaşadıqları ünvanlarda görüşdü.
26 dekabr 2019-cu il tarixində, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyətinin məsul işçilərinin iştirakı ilə şəhərin Heydər Əliyev prospektində Salyan Dairəsində, Səməd bəy Mehmandarov, Nizami və l-nt Mahmud İbrahimov küçələrində olmuş, həmin ərazidə yaşayan şəhər sakinləri ilə görüşərək onları narahat edən məsələləri yerində dinləmişdir.
İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşdə qaldırılan məsələlərə və irəli sürfülən təkliflərə münasibətini bildirərək sakinləri əmin etdi ki, şəhərin abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün lazımi imkanlardan istifadə ediləcəkdir.
Sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sakinləri narahat edən məsələlərin qısa zaman ərzində həllini tapmasi üçün şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən aidiyyəti üzrə zəruri tapşırıqlar verilmişdir.