Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Heydər Əliyev Mərkəzində, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçirildi.

28 dekabr 2019 | 16:00

   Mərkəzin direktoru Aynur Fərzəliyeva tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, 31 dekabr tarixi Azərbaycanlıların ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya   Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Qeyd olundu ki, bu gün Ulu öndər Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək gündən-günə daha geniş vüsət almaqdadır.
    Daha sonra tədbir Şirvan Uşaq Musiqi Məktəbi nümayəndələrinin ifasında səsləndirililən müxtəlif kompozisiyalarla davam etdirildi.

Keçidlər