Şriftin ölçüsü :

Saytın rəngi :

“Bir olaq, həmrəy olaq” adlı musiqili-əyləncəli tədbir keçirildi.

28 dekabr 2019 | 16:00

 27 dekabr 2019-cu il tarixdə, Şirvan Gənclər Evində, “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə “Bir olaq, həmrəy olaq” adlı musiqili-əyləncəli tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə açan Şirvan Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün artıq hər il dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə keçirilir. Həmrəylik bayramı ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik yaratmaq işində mühüm rol oynayır.
    Şirvan Gənclər Evinin direktoru Efqan Həsənov qeyd etdi ki,  bu günün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində əhəmiyyətindən bəhs etdi. Bu bayram bütün dünya azərbaycanlıları tərəfindən bir zərurət və mənəvi ehtiyaca çevrilib və azərbaycançılıq məfkurəsinin həyata keçirilməsində əvəzsiz rol oynayır.
    Tədbirdə Gənclər Evinin könüllüləri, kurs və dərnəklərin üzvləri, şəhərin fəal gəncləri iştirak etdi. Müxtəlif dərnəklərin üzvləri maraqlı səhnəcik və nömrələrlə çıxış etdilər. Tədbirdə kursu başa vurmuş tələbələrə sertifikatlar təqdim olundu.

Keçidlər