Şirvan şəhər Mədəniyyət Mərkəzində sağlamlığı məhdud olan uşaqlar üçün Yeni il şənliyi təşkil edildi.
28 dekabr 2019 | 16:00
27.12.2019-cu il tarixdə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. Bayram sevinclərini artırmaq üçün şənlikdə iştirak edən uşaqlara Şaxta baba və Qar qızı tərəfindən hədiyyələr paylanmışdır.