Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar ümumşəhər tədbiri keçirildi.

11 may 2014 | 15:00

10.05.2014-cü il tarixdə saat 10.00-da Heydər Əliyev meydanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı və onun şura üzvləri, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərlərinin və əmək kollektivlərinin iştirakı ilə ümumşəhər tədbiri keçirildi. Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, abidə önünə gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti ilə bağlı filmin nümayişi olundu. Ümumşəhər tədbirdə 5600 nəfər iştirak etdi.

Keçidlər