Uşaq Musiqi Məktəbində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.
28 dekabr 2019-cu il tarixdə, Şirvan şəhər Uşaq Musiqi Məktəbində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.
Çıxış edənlər qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Həmrəylik Günü azərbaycanlıların müstəqilliyinin, dövlətçiliyinin, öz azadlığı uğrunda mübarizliyinin təsdiqinə xidmət etmişdir. Dünya azərbaycanlılarının bir vətəni-müstəqil Azərbaycan Respublikası vardır. Məhz Heydər Əliyevin vaxtından başlayaraq dünya azərbaycanlıların həmrəyliyi ilə əlaqədar qurultaylar və tədbirlər keçirilir. Tədbirdə Musiqi Məktəbinin şagirdləri tərəfindən hazılanmış kompozisiyalar və dahi bəstəkarlarımızın əsərlərindən parçalar ifa olunmuşdur.