Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən Bayramlı qəsəbəsində vətəndaşların səyyar qəbulu keçirilib.

29 dekabr 2019 | 16:00

29 dekabr 2019-cu il tarixində, Bayramlı qəsəbəsində, qəsəbə klubunun binasında, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
   Səyyar qəbul-görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, şəhid vərəsələrinə birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə ətraflı məlumat verərək bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
   Qəbul zamanı 55 nəfər şəhər sakini onları narahat edən müxtəlif məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, müarciətlərə aydınlıq gətirilmiş, həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun formada tədbirlərin görülməsi  üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər