Şirvan şəhərində Qələbənin 69-cu ildönümü münaisbəti ilə ümumşəhər tədbiri keçirildi.
09.05.2014-cü il tarixdə saat 11.00-da Qələbənin 50 illik abidəsinin önündə Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 69-cu ildönümünə həsr olunmuş silsilə ümumşəhər tədbirləri keçiriləcəkdir. Öncə İcra Hakimiyyəti başçısı və onun şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri və müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət etdilər. Sonra Böyük Vətən Müharibəsində Qələbənin 50 illiyi abidəsi önündə ümumşəhər tədbiri keçirdi, Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun qəbirüstü abidəsi ziyarət olundu. Sonda “Qızılgül” restoranında müharibə veteranları üçün bayram süfrəsi və konsert təşkil olundu. Ümumşəhər tədbirində 850 nəfər iştirak etdi.