“Qarabağın tarixi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda tarix dərsi keçirildi.
13 yanvar 2020-ci il tarixdə, Şirvan şəhər Heydər Əliyev Mərkəzində “Qarabağın tarixi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda tarix dərsi keçirildi.
Tədbirdə şagirdlərə Qarabağın tarixi haqqında geniş məlumat verilərək tarixi faktlara toxunulub. Slayd vasitəsilə qədim Qarabağın tarixi abidələri nümayiş etdirilib. Bildirilib ki, Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Dağlıq Qarabağ mövzusu yaşından aslı olmayaraq, hər bir ölkə vətəndaşının ağrılı yeridir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü tək torpaqlarımizin itirilməsi ilə hiss etmirik. Ölkəmiz Qarabağın işğalı ilə çox böyük mənəvi və mədəni itkilərə məruz qalıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin məkrli siyasətinin ifşası istiqamətində genişmiqyaslı işlər görülmüş, nizamlı Azərbaycan ordusu yaradılıb. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində ölkəmizin müdafiə qüdrəti ciddi şəkildə yüksəlmiş, Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib.
Çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva bildirib ki, şagirdlərimiz tariximizi daha yaxşı bilməli və öyrənməlidirlər ki, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə lazımınca çatdıra bilsinlər. Daha sonra mövzu ətrafında məktəblilər öz fikirlərini bölüşüblər.