Meliorasiya Mexaniki Təmir Zavodu və “Azərpambıq” ASK-nin Şirvan Pambıq Emalı Zavodunda anım tədbirləri keçirildi.
13 yanvar 2020-ci il tarixdə, Meliorasiya Mexaniki Təmir Zavodu və “Azərpambıq” ASK-nin Şirvan Pambıq Emalı Zavodunda 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə anım tədbirləri keçirildi.
İlk öncə həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalmış mərd Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütlə yad edilmişdir.
Çıxış edənlər bildirdilər ki, 1990-cı ilin yanvarında baş verən hadisələr Azərbaycan tarixində dönüş nöqtəsinə çevrilib ve xalqin öz azadliği, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin simvolu halına gəlib. Qeyd edilib ki, bu qanlı hadisəyə ilk dəfə ümummilli lider Heydər Əliyev öz münasibətini bildirib. Məhz Ümummilli lider 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadaki daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heyder Eliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
Anım tədbirlərində vurğulandı ki, 20 Yanvar” faciəsinin ildönümü münasibəti ilə anım tədbirlərinin keçirilməsi bu qürurlu tarixin unudulmamasina, gənc nəsillərə öyrədilməsinə müstəsna köməklik göstərir.