Şriftin ölçüsü :

Saytın rəngi :

“Qanlı yanvarın məktəbli şəhidləri” adlı anım tədbiri keçirildi.

15 yanvar 2020 | 16:00

15 yanvar 2020-ci il tarixdə, 5 nömrəli ümumi orta məktəbdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı əsasında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Qanlı yanvarın məktəbli şəhidləri” adlı anım tədbiri keçirildi.
     İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, 5 nömrəli tam orta məktəbin direktoru Xudakərim Ağamalıyev, məktəbin müəllimləri Murad Muradov və Arzu Əliyeva qeyd etdilər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə zülmə tabe olmayan xalqımız qədim Bakını qan çanağına döndərən imperiya cəlladları ilə üz-üzə dayananda onların arasında 13 yaşlı İlqarla Larisa, 14 yaşlı Nəriman, 16 yaşlı Vera da var idi. 30 ildir ki, müqəddəs ziyarətgaha çevrilən Şəhidlər xiyabanında yan-yana düzülən, eyni biçimli məzarlarda yatanların hər biri xalqımızın doğması, əzizi kimi anılır, yad edilir, xatırlanır, yaddaşlara yazılır. Həmin hadisələr müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olub. Məhz, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacarıb. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımızın həmin günlər daim xatırlayacağı  və 20 Yanvarın hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd ediləcəyini bildirdi.
      Sonra tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

Keçidlər