Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Mayıl Şahverdiyev Şirvan şəhərində vətəndaşları qəbul edib.

16 yanvar 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin(SHXÇDX) rəis müavini, general-mayor Mayıl Şahverdiyev Şirvan şəhər Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.
   Xidmət rəhbərliyinin keçirdiyi qəbulda 22 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbulla, övladlarının xidmət yerinin müəyyənləşdirilməsi, eləcə də digər məsələlərlə bağlı olmuşdur.
    Sakinlərin ərazilərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər