Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar faciəsi–uşaqların gözü ilə” adlı sərgi keçirildi.

15 yanvar 2020 | 16:00

15.01.2020-ci il tarixdə, Şirvan şəhər Mədəniyyət Mərkəzində 20 yanvar  faciəsinin 30-cu il dönümü ilə əlaqədar “20 yanvar faciəsi –uşaqların gözü ilə ”  adlı sərgi keçirildi.
İlk öncə həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalmış mərd Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütlə yad edilmişdir.
Tədbiri giriş sözü ilə  Mədəniyyət Mərkəzinin direktoru Nəmini Nəmidə açaraq qeyd etdi ki, Azərbaycan  xalqının  qürur  ünvanına  çevrilmiş 20 Yanvar  hadisələrindən  30 il  ötür.  Hadisənin başvermə  səbəbləri  ilə bağlı  zaman-zaman müxtəlif  fikirlərə, rəylərə rast  gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə, Azərbaycan xalqı  əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal  uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.  20 Yanvar hadisəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi, lakin Azərbaycan xalqı  öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq.
Sonra mərkəzin əməkdaşı Pərvanə Qasımova tədbir iştirakçilarinı sərgi ilə taniş etmişdir. Sonda şəhər 13 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunmuş, tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı məlumatları əks etdirən broşurlar paylanilmışdır.

Keçidlər